“Mən güclü rəqiblərin və ya əhəmiyyətli sayda səsləri qazana biləcək adamların olmadığını deyənlərlə razı deyiləm”
Ermənistan prezidenti Serj Sarkisyan qarşıdan gələn seçkilərdə cüzi rəqabətlə üzləşəcəyi barədə iddiaları rədd edib. Cənab Sarkisian bu bəyanatı paytaxt Yerevan yazınlığındakı Tsaxakadzor kurort şəhərində AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində səsləndirib. Hakim Respublika Partiyasının lideri əlavə edib ki, rəqibləri “püxtələşdirmək” hökumətin işi deyil. Hökumətin vəzifəsi ədalətli seçki mühiti yaratmaqdır, - prezident deyib. “Mən güclü rəqiblərin və ya əhəmiyyətli sayda səsləri qazana biləcək adamların olmadığını deyənlərlə razı deyiləm, - bildirib Ermənistan prezidenti, - və kim deyə bilər ki, Raffi Hovannisian, Hrant Bagratian, və ya Paruyr Hayrikian kimi dəyanəti və təcrübəsi olan adamlar asan rəqibdirlər və ictimaiyyətlə danışmaqda səriştələri daha azdır”. Cənab Sarkisyan fevralın 18-də keçiriləcək prezident seçkilərində ikinci beş illik müddətə qüvvəsini sınayacaq.Bu seçkilərdə keçmiş xarici işlər naziri Raffi Hovannisian, keçmiş baş nazir Hrant Bagratian və sovet dövrünün dissidenti Paruyr Hayrikian da daxil olmaqla daha 7 namizəd var. Onların hamısı hazırkı prezidentin sitasətlərini tənqid edirlər. Serj Sarkisyan israr edib ki, rəqiblərini keçmiş və indikilərə bölmür: “Bizim rəqabətimiz həmişə nəyinsə naminə olub. Biz həmişə öz ideyalarımıza dəstək qazandırmaq üçün mübarizə asparmışıq, nəinki başqalrının səhvlərini və ya zəif cəhətlərini faş etmək üçün. Bu mənada qarşıdan gələn seçki də fərqli olmayacaq”. Cənab Sarkisyanın ciddi rəqabətlə üzləşməyəcəyinə dair rəy, əsas müxalifət partiyaları ötən ilin sonunda heç bir namizədə dəstək verməyəcəklərini bəyan etdikdən sonra yayılıb. Ən böyük müxalifət bloku Erməni Milli Konqresi, həmçinin Firavan Ermənistan Partiyası bəyan ediblər ki, bu seçkilərdə namizəd irəli sürməyəcək və heç bir namizədi dəstəkləməyəcəklər. Başqa bir müxalifət partiyası Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” da buna bənzər bəyanat verib. Buna baxmayaraq adı çəkilən təşkilatlardan heç biri seçkini boykot etməyə çağırmayıb. “Xəbər xidməti”
Sorğu
Yeni dizaynımız necədir?