Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli məmurlarının həbs edildiyi “Ergenekon” istintaqının qurbanlarından polis polkovniki əfsanəvi Arif Doğan vəfat edib. Musavat.com xəbər verir ki, Jandarma İstihbarat Təşkilatına uzun illər rəhbərlik edən Arif Doğan müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) gözlərini əbədi yumub.
“Ergenekon” istintaqının əsas isimlərindən olan Arif Doğan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 47 il 3 ay azadlıqdan məhrumetmə cəzası almışdı. A. Doğan 1945-ci ildə Hatayda doğulub. İstanbul Universitetinin Hüquq Fakültəsini yarımçıq qoyaraq Ali Hərb Məktəbinə daxil olub. 1967-ci ildən Türkiyənin polis sistemində çalışıb. 1971-ci ildə Trabzon gizli istihbarat təşkilatına gətirilib. 1983-cü ildə Jandarma İstihbarat Qrupunu yaradıb və 8 il quruma başqanlıq edib. 2008-ci il iyulun 14-də “Ergenekon” istintaqında şahid qismində Ankarada həbs edilərək İstanbula gətirilib.
Məhkəmə qərarı ilə 47 il 3 ay həbsə məhkum edilsə də bir müddət sonra xərçəngin ağır formasından əziyyət çəkdiyi üçün ev dustaqlığına buraxılıb.
Sorğu
Yeni dizaynımız necədir?