Bir dəfəyə 4 uşaq dünyaya gətirən qadınlara ev veriləcək. gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, Tacikistan prezidenti bu barədə təlimat verib. Dövlət başçısı İmomali Rahmon tərəfindən ilk evin sahibi müəyyən edilib.
Üç otaqlı mənzil fevralın 4-də 4 uşaq dünyaya gətirən Gülşan Macnunovaya verib. Tacikistan dövlət başçısının mətbuat sözçüsü Abdufattoh Şarifzoda qadının 1 oğlan, 3 qız uşağı dünyaya gətirdiyini açıqlayıb.
Prezidentin təlimatı ilə baş nazirin köməkçisi Marhabo Cabbori və Ailə və Qadın Cəmiyyətinin sədri Mahfirat Hidirova yeni ana olanq adını və körpələri ziyarət edib.
26 yaşlı qadının ailəsi yeni evlərinə martın 20-də Novruz bayramında qovuşacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?