Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ili tamam olur.
Virtualaz.org musavat.com-a istinadən xatırladır ki. Yaxın Şərqin ən böyük ölkələrindən olan Türkiyə Respublikası bu gün həm regionda, həm də dünyada ən qüdrətli dövlətlərdən birinə çevrilib. Dünyanın 20 ən böyük, ən qüdrətli və nüfuzlu ölkəsindən biri olan Türkiyə Respublikası bu səviyyəyə çatmaq üçün uzun yol qət edib. Bugünkü Türkiyə 91 il əvvəl Osmanlı imperiyasının qalıqları üzərində, 5 dövlətin işğal ordularının cəngindən yüz minlərlə şəhidin qurban verilməsi, amansız çarpışmalarda qələbə qazanılaraq, nəticədə parçalanmadan qurtularaq yaradılıb.
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti 1923-cü il, oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində elan olunub. 1918-ci ildə I dünya müharibəsində Almaniya ilə ittifaqda olan Osmanlı imperiyası müharibənin başa çatması ilə müttəfiq Antanta qüvvələri tərəfindən işğal olunur. Hazırkı Türkiyə ərazisi də daxil olmaqla, Osmanlı torpaqları ingilis, fransız, yunan, amerikalı və sair hərbi qüvvələri tərəfindən işğal altına alınmışdı.
Anadoluda başlayan azadlıq müharibəsi (Qurtuluş savaşı) çox keçmədən Osmanlı zabiti Mustafa Kamalın (Atatürk) rəhbərliyi altında böyük bir mübarizəyə çevrilir. 1923-cü il, oktyabrın 29-da isə Türkiyə Cümhuriyyəti elan olunur və Atatürk prezident seçilir.
Hər il bu bayram Türkiyədə dövlət, millət səviyyəsində geniş qeyd olunur, siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələr bir araya gəlir, bayram mərasimlərinə qatılırlar.
Son illər bəzi siyasi səbəblərdən Cümhuriyyət Gününün üzərinə kölgə düşürülməsi cəhdlərinə baxmayaraq, gözlənilir ki, bayram bu il də qardaş ölkədə təntənələi bir şəkildə qeyd olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?