GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İsrail İranı Azərbaycandan vuracaq

İsrail İranı Azərbaycandan vuracaq

Tarix: 6-12-2012, 14:50 Bölmə :Dünya Baxış: 956
İsrail İranı Azərbaycandan vuracaq

«The Sunday Times»dən şok iddia: “Tehran İsrail üzərinə hücum edərsə, Yerusəlim də Azərbaycanda mənzillənmiş nəhəng dronları havaya qaldıracaq”

Azərbaycanda mənzillənmiş «Eitan» dronları (pilotsuz təyyarələri) İran raketlərini vurmağa cəhd göstərəcək. Bunun üçün Amerikada istehsal olunmuş X-diapazonlu radarlardan istifadə nəzərdə tutulur. Bu radarlar raketlərin mühərriklərinin işə düşməsini dərhal qeydə alır. Məlumatı dərc etmiş «The Sunday Times» qəzeti aydınlıq gətirir ki, Tehran İsrail üzərinə hücum edərsə, Yerusəlim də İrana qonşu Azərbaycanda mənzillənmiş nəhəng dronları havaya qaldıracaq. Bu pilotsuz təyyarələr isə İran raketlərini onlar hələ havaya qalxmamış vuracaqlar.
«The Sunday Times» yazır ki, bu sistemin işləməsi üçün İsrailin Nevatim hərbi-hava bazasında qurulmuş Amerika istehsalı olan X-diapazonlu radardan istifadə ediləcək. Bu radar sistemi İran raketlərini, artıq onların start platformalarında aşkar edəcək. İsrailə 13 dəqiqə öncədən xəbər siqnalı göndəriləcək. Qəzetə məlumat verən İsrail mənbəyi bildirib ki, «biz raketləri qızışma mərhələsində, yəni onların mühərrikləri işə düşən anda məhv etməyə çalışacağıq».
Bəzi xəbərlərə görə, belə bir önləyici zərbə Azərbaycanda mənzillənmiş «Eitan» və ya «Heron» adlanan pilotsuz təyyarələrdən atılan Amerika istehsallı «Hellfire» raketləri ilə həyata keçiriləcək. «İsrailin məlumatlı mənbəyi» həmçinin bildirib ki, «deyildiyi kimi də asan olmayan bu hadisə baş verərsə, İranın yerdə qalan raketlərinin işini İsrailin Hava Hücumundan Müdafiə Komandanlığı bitirəcək».
«The Sunday Times» qəzetinin dərc etdiyi məqalənin müəllifi Uzi Mahnaimi-dir. O, əvvəllər İsrail Hərbi Hava Qüvvələrinin «Eitan» dronlarından Sudandan Qəzzaya silah daşıyan İran hərbi karvanına zərbə endirdiyi barədə eksklüziv xəbər yaymışdı. «Eitan» 7400 kilometrlik uçuş mənzilinə malikdir ki, bu da İsrail və İran arasındakı məsafədən dörd dəfə çoxdur.
Bu dronlar, həmçinin, 70 saat ərzində havada qalmaq qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, İranın radar sistemini, hava hücumundan müdafiə batareyalarını məhv etmək üçün İsrailin kifayət qədər vaxtı olacaq. Qanadlarının çarpaz uzunluğu 26 metr olan bu dronlar «Boinq-737» təyyarəsi boyda olmaqla, 5 tonadək yükgötürmə qabiliyyətinə malikdirlər. «The Sunday Times» oktyabrda Sudandakı silah zavodunun məhz bu cür vurulmasınin iddia olounduğunu xəbər verir. İsrail mənbələrinin məlumatına görə, eyni üsulla noyabrda «Həmas»ın «Fəcr-5» raketlərinin saxlandığı böyük anbar məhv edilib.
Hərbi ekspertlər bundan əvvəl də yazırdılar ki, İsrailin İran üzərinə hər hansı mükəmməl zərbəsi üçün məsafələr başlıca maneədir. Bu hücumlar, əslində, İrana çox yaxın platsdarmdan istifadə edilmədən mümkün deyil. İsrail qəzetləri bu məqsədlə Azərbaycandakı hərbi-hava bazalarından istifadə ediləcəyi ehtimalı barədə dəfələrlə yazıb. Qəzetlər Azərbaycan ərazisindən, ən azı, İsrail təyyarələrinin yanacaqla təchizatı üçün istifadə edilə biləcəyindən də yazıblar. Azərbaycan hökuməti bu barədə məlumatları həmişə israrla təkzib edib. Rəsmi Bakı Tehrana bu barədə dəfələrlə qarantiyalar verib.
Hazırda bu mövzuya qayıdılmasına səbəb odur ki, İsrailin İran üzərinə gələn il hücum edəcəyi barədə şayiələr dolaşır. Bu halda İranın «Şahab-3» və digər uzaqmənzilli raketlərlə cavab verəcəyi ehtimal olunur. Ötən ay İsrailin baş naziri Binyamin Netanyahu çıxışlarının birində ölkəsinin «hamı üçün sürpriz olacaq» silaha yiyələndiyini bildirmiş, lakin təfərrüatlara varmamışdı. Bəzi ekspertlər söhbətin məhz «Eitan» dronlarından getdiyini təxmin etmişdilər.

Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsrail İran istehsalı olan pilotsuz təyyarəni vurdu

    İsrail İran istehsalı olan pilotsuz təyyarəni ...

    3-09-2014, 13:05

  • 
  • İran İsrail təyyarəsini vurdu

    İran İsrail təyyarəsini vurdu ...

    25-08-2014, 10:57

  • 
  • "Tel-Əvivi yeddi dəqiqəyə məhv etmək olar"

    "Tel-Əvivi yeddi dəqiqəyə məhv etmək ...

    6-06-2016, 12:19

  • 
  • Amerika 4 ay sonra İranı vuracaq

    Amerika 4 ay sonra İranı vuracaq ...

    28-02-2013, 11:20

  • 
  • İran vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmir

    İran vətəndaşlarının təhlükəsizliyini təmin edə ...

    3-02-2013, 11:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu