Britaniyada Hollivud trilleri “Quzuların səssizliyi” filmindəki hadisələri xatırladan dəhşətli olay yaşanıb.
Virtualaz.org saytı “The Daily Mail”ə istinadən xəbər verir ki, hadisə bu gün Uelsin cənubunda, Kayrfilli şəhəri ətrafındakı qəsəbədə baş verib.
34 yaşlı manyak Metyu Uilyams qəsəbədə yerləşən “Sirhowy Arms Hotel” adlı kiçik oteldə 22 yaşlı qızı diri-diri yeməyə başlayıb. Hadisə yerinə gələn polislər manyakı zərərsizləşdirmək üçün elektroşok tətbiq ediblər.
Manyak aldığı zərbədən ölüb, onun yediyi qız da aldığı yaralardan polis gələnə qədər keçinibmiş.
Xəbərə görə, otel əməkdaşları nömrələrdən birinin döşəməsində qan içində olan 22 yaşlı qızı görərək polisə xəbər veriblər. Huşsuz vəziyyətdə uzanan qızın sifətində dəhşətli yaralar olub. M.Uilyams isə onun yanında imiş.
Şahidlərin bildirdiyinə görə, o, qızın göz almasını yerindən çıxararaq udub, həmçinin sifətinin yarısını yeyib. Hannibal qızı yeyərkən o, sağ olub və hələ ölməyibmiş.
Hadisə yerinə gələn polis manyakı zərərsizləşdirmək üçün ona “Taser” elektroşok tapançasından atəş açıb. 50 min volt elektrik zərbəsi alan manyak döşəməyə yıxılıb və ölüb.
Polis öldürülən qızın sifətindən ciddi xəsarətlər aldığını təsdiqləsə də təfərrüatları bildirməyib. Şahidlər isə manyakın qızı sağ ikən yeməyə başladığını, qızın aldığı xəsarətlərdən öldüyünü deyiblər.
Qeyri-rəsmi məlumata görə, M.Uilyams narkoman olub. Onun qurbanı ilə tanış olduğu, qızı içki içmək üçün əsasən bomjların məskəninə çevrilmiş otelə dəvət etdiyi bildirilir.
Hannibal əvvəllər tanışını amansızlıqla döydüyü üçün 5 il həbs cəzası alıb, iki həftə əvvəl vaxtından qabaq azadlığa buraxılıb. Britaniya ictimaiyyəti baş verənlərdən şoka düşüb və manyakı “Quzuların səssizliyi” filmindəki Hannibal Lekterlə müqayisə edir.
Sorğu
Yeni dizaynımız necədir?