Ucarda güclü yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində təxminən bir saat bundan əvvəl baş verib. ölən qadın 1937-ci il təvəllüdlü Qənirə Həsənovadır. O, yanğın zamanı evi tərk edə bilməyib və yanaraq ölüb. Yanğın zamanı evin bütün əşyaları da yanaraq yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan sahəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Sorğu
Yeni dizaynımız necədir?