Ukraynanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Mixail Oxendovski rüşvət almaqda ittiham edilir.
Axar.az "Obrazavetel.com"a istinadən xəbər verir ki, Oxendovskinin olduğu video görüntü yayımlanıb.
Qalmaqala səbəb olan videoda MSK rəhbərinin səslərin hesablanması ilə bağlı danışıqlar apardığı aydın olur. Oxendovskinin danışdığı şəxsin yüksək vəzifəli məmur olduğu bildirilir. Həmin məmur Dnepropetrovsk vilayətinin rəhbəri İqor Kolomoyskoqo olub və danışıqlar da onun ofisində aparılıb.
Ölkədə böyük rezonans doğuran bu məsələdə bir neçə seçki dairəsi üzrə səslərin hesablanması ətrafında danışıqlar aparıldığı vurğulanır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?