Kanadada doğulan 31 yaşlı bir qadın, bir vaxt ordusunda xidmət etdiyi İsraildən Suriyaya keçərək PKK-nın Suriya qolu PYD-nin sıralarında İŞİD-ə qarşı döyüşməyə qərar verib.
Avropa.info xəbər verir ki, "Reuters"ın yaydığı məlumata görə, İsrail in Təl-əviv şəhərində yaşayan və adı açıqlanmayan qadın, internetdən PYD-lilərlə danışırmış.
Adı açıqlanmayan qadın PYD haqqında "Onlar bizim qardaşlarımız və yaxşı insanlardır. Həyatı sevirlər və bizə bənzəyirlər" ifadələrini işlədib .
Suriyanın şimalında vuruşan qadın, vaxtilə İsrail ordusunda çalışmasının PKK/PYD-yə kömək edəcəyini deyib.
Məlumatı İsrail radiosu da yayıb.
Kanada Xarici İşlər Nazirliyi isə bu xüsusda belə bir açıqlama verib: "Sadəcə, Kanadada anadan olan bir qadının PYD cərgələrində döyüşdüyündən xəbərdarıq".
Qeyd edək ki, İsrail vətəndaşlarına içlərində Suriya və İraqın da olduğu "düşmən ölkələrə" səyahətlərini qadağan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?