Türkiyə, 29-30 yanvarda Soçidə toplaşacaq Suriya sammitinə qatılacaq Kürd nümayəndələri, PKK/PYD sızmasına qarşı xəbərdarlıq edib. Sammit ərəfəsində baş tutacaq hazırlıq iclasında siyahılar yenidən yoxlanacaq və iştirakçılar arasında PYD ilə əlaqəsi olanlar siyahıdan çıxarılacaq.
Soçi Sammiti öncəsi, Suriyada üç təminatçı ölkə olan Türkiyə, Rusiya və İran sammitə hazırlıq görüşü keçirəcək. Suriyada siyasi həll axtarışı ilə bağlı gözlər, ay sonunda baş tutacaq Soçi sammitinə çevrilib. Suriyanın gələcəyinin müzakirə olunacağı “Suriya Milli Dialoq Konqresi” yanvarın 29-30-da Rusiyanın Soçi şəhərində toplanacaq. Sammitə qatılacaq olan bütün tərəflər öz hazırlıqlarını davam etdirir.
PKK-nın SIZMASINA QARŞI XƏBƏRDARLIQ
Toplantıda iştirak üçün tərtib olunan siyahılar çox dəqiqliklə yoxlanılır. Toplantıda PKK/PYD-dən başqa, Kürd qrupların iştirakı gözlənilir. Türkiyə, PYD-nin bu qruplar içərisinə sızmasının qarşısını almaq üçün səy göstərir. Konqresə qatılması planlaşdırılan Kürd qruplardan olan Suriya Kürdləri Milli Şurası, PYD-nin sızma cəhdlərinə qarşı xəbərdarlıq edilib. Şuranı təmsil edəcək heyət içərisində PYD üzvlərinə yer verilməməsi məsələsinə xüsusi diqqət edilməsi lazım olduğu diqqətlərə çatdırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?