Bu gün Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb.
Bu barədə musavat.com-a forumda iştirak edənlərdən biri, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu xəbər verib. Baş redaktorun sözlərinə görə, Çexiyanın ermənipərəst People in Need təşkilatı təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıblar. Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz edərək, foruma qatılmaqdan imtina edibl. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belorusda, Ermənistanda, Gürcüstanda da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir.
Vüqar Bayramov bildirib ki, forumun proqramında bu yoxdur və məsələ qərəz məsəsləsidir: «Bu təşkilat Avtopada ermənipərəst kimi tanınır. Təşkilatı Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışırdı. Forumdan əvvəl bu cəhdin qarşısını aldıq. Lakin bu hərəkət heç bir ölçüyə sığmlr. Ona görə də forumu boykot edirik.
R. Arifoğlu deyib ki, Azərbaycanın 25 nəfərlik nümayəndə heyətindən forumda cəmi 4 nəfər iştirak edir.
Qeyd edək ki, forumun azərbaycanlı həmsədri iqtisadçı-alim Vüqar Bayramovdur. Bu gün həm də onun sədrliyinin səlahiyyət müddəti bitir.
Sorğu
Yeni dizaynımız necədir?