GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Şeyx, Putin və Ələkbərov arasında məxfi danışıqlar

Şeyx, Putin və Ələkbərov arasında məxfi danışıqlar

Tarix: 15-12-2014, 19:48 Bölmə :Dünya Baxış: 0
Şeyx, Putin və Ələkbərov arasında məxfi danışıqlar

Qətər əmirliyinin keçmiş baş naziri və xarici işlər naziri şeyx Hamad bin Casim bin Caber əl-Tani azərbaycanlı neft maqnatı Vahid Ələkbərovun şirkətinin səhmlərinin bir hissəsini almaq üçün Putinlə məxfi danışıqlar aparır.

gundemxeber.az Virtualaz-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik çevrələrindəki mötəbər mənbələr Londonda nəşr olunan ərəb qəzeti “əl-Arab”a bildiriblər.

Məlumata görə, əl-Tani Putinə radikal islamçılarla mübarizədə kömək təklif edir, əvəzində “LUKoil”un səhmlərinin bir hissəsini almaq, bununla da şirkətə qarşı tətbiq edilmiş bəzi sanksiyaları aradan qaldırmaq istəyir.

Rusiya mənbələri deyiblər ki, əgər şeyxin radikal islamçılara qarşı Rusiyanın və Qətərin səylərinin birləşdirilməsi barədə anlaşma əldə olunsa, əl-Tani “LUKoil”un səhmlərinin 10 faizini alacaq.

Qeyd edək ki, Vahid Ələkbərov “LUKoil”un səhmlərinin başqa əllərə keçməsinə qəti şəkildə qarşıdır. O, bundan əvvəl şirkətin “Rosneft” tərəfindən alınacağına dair xəbərlərə qəzəbli reaksiya verərək ““LUKoil” satılmır!” demişdi.

Məlumata görə, Qətər əmiri bu fikirdədir ki, Rusiya ilə bu əməkdaşlıq müəyyən çətinliklərlə müşayiət olunacaq, ancaq Rusiya prezidenti islamçı radikallarla mübarizədə əməkdaşlıq etməyə hazır olsa, bu çətinlikləri aşmaq olar.

Qətərin keçmiş baş naziri “fəaliyyətlərini təsadüfən Rusiyada qurmuş” ekstremist qruplarla əlaqələri təmin edən geniş şəbəkəyə malikdir. Həmin əlaqələrin köməyi ilə şeyx Rusiyada radikal islamçıların əlindən girovların azad edilməsinə və digər böhranlı vəziyyətlərin həllinə dəfələrlə kömək edib.

Məlumatlı mənbələr deyiblər ki, Hamd bin Casimin “LUKoil”la razılaşıb-razılaşmayacağı bir neçə həftə ərzində bəlli olacaq. Tezliklə tərəflərin Londonda görüşəcəyi, Vahid Ələkbərovun şeyx Hamadla “LUKoil”un səhmlərinin satılmasını ətraflı müzakirə edəcəyi bildirilir.

Şeyx Hamad bin Casim əl-Tani il yarım əvvəl hakimiyyəti oğluna ötürərək öz postundan gedib və hazırda Londonda dəbdəbəli malikanəsində yaşayır. O, “LUKoil”un səhmlərinin 10 faizini offşor şirkətlərindən biri üzərindən almaq istəyir. Bu ilin aprel ayında şeyx Tani “Heritage Oil” şirkətini belə offşor firmalardan biri üzərindən 924 milyon dollara alıb və hazırda onu özünün əsas investisiya strukturuna çevirib.

Bildirilir ki, “LUKoil” öz səhmlərinin 10 faizini satmağa bu yaxınlarda qərar verib. Məlumata görə, şeyx əvvəllər də “LUKoil”un 10 faizini almaq istəyib, lakin Moskva bu təklifə razı olmayıb. Bu cür sövdələşmənin imzalanması üçün birbaşa Kremlin razılığı lazımdır və əl-Tani hesab edir ki, bunun üçün kifayət qədər nüfuzu var.

Digər mənbə isə deyib ki, şeyx Hamad “LUKoil” prezidentinin səhmlərin satışına qarşı olduğunu öyrənəndə Rusiya prezidenti ilə təmas qurub və ona şirkətin səhmlərinin alınmasına dair müqavilənin mühümlüyünü göstərməyə çalışıb.

Şeyx, Putin və Ələkbərov arasında məxfi danışıqlar

Şeyx Putinə təklif edib ki, səhmlərin əvəzində radikal islamçılarla mübarizədə Rusiyaya kömək edə bilər.

Xəbərdə bildirilir ki, şeyx radikal islamçılarla əlaqələri ilə həmişə lovğalanır və hesab edir ki, Moskva onun təklifindən vaz keçə bilməyəcək.

“LUKoil” rəhbərliyi isə hesab edir ki, Qətər şeyxinin təklifi Rusiyanın strategiyası və şirkətin özü üçün hər hansı fayda gətirməyəcək. Çünki əl-Taniyə məxsus firma Rusiyada neft hasilatını artırmaq üçün texnologiyalara malik deyil.

Şeyx Hamad bin Xəlifə əl-Tani vəzifədən getdikdən sonra fəal şəkildə iqtisadi fəaliyyətlə məşğul olur, siyasətlə biznes arasında birbaşa əlaqə qurur. Yeri gəlmişkən, şeyx hakimiyyətdə olanda da bizneslə fəal məşğul idi. Keçmiş əmir hesab edir ki, bizneslə məşğul olması sayəsində o, müxtəlif ölkələrin siyasi və iqtisadi dairələrində mövqelərini daha da möhkəmləndirə, həm də sərvətini artıra bilər.

Şeyx, Putin və Ələkbərov arasında məxfi danışıqlar

Bu ilin oktyabrında o, Qətərin indiki əmiri şeyx Tamim bin Hamad əl-Tani ilə birikdə Parisə gedib və orada “Total” şirkətinin prezidenti Kristof de Marjeri ilə bəzi mühüm sövdələşmələri razılaşdırmağa çalışıb. Bir neçə gün sonra Kristof de Marjeri Moskvada təyyarə qəzasında həlak olub.

Ekspertlər hesab edirdi ki, şeyx “Total” şirkəti vasitəsi ilə Rusiyanın neft bazarına təsir etmək, enerjidaşıyıcıları bazarında mövqeyini möhkəmləndirmək istəyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Putin azərbaycanlı oliqarxı maşınına çağırıb 20 dəqiqə nə danışdı…

    Putin azərbaycanlı oliqarxı maşınına çağırıb 20 ...

    2-11-2016, 19:48

  • 
  • “LUKoil”u Vahid Ələkbərovdan almaq planı

    “LUKoil”u Vahid Ələkbərovdan almaq planı ...

    31-07-2013, 21:58

  • 
  • Prezident İlham Əliyev Qətərə rəsmi səfər edib

    Prezident İlham Əliyev Qətərə rəsmi səfər edib ...

    26-02-2017, 23:48

  • 
  • Kremlin “boz kardinal”ı azərbaycanlı milyarderin şirkətinə göz dikibmi...

    Kremlin “boz kardinal”ı azərbaycanlı milyarderin ...

    22-10-2017, 11:30

  • 
  • Azərbaycanlı oliqarxın sərvəti bir günün içində 1 milyard dollar artdı

    Azərbaycanlı oliqarxın sərvəti bir günün içində 1 ...

    14-01-2018, 16:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu