Qazaxıstan / gundemxeber.az-ın məlumatına görə, 6 respublika dollardan imtina etmək, İpək yolunu bərpa etmək və beynəlxalq rouminqin qiymətlərini ucuzlaşdırmaq barədə qərara gəliblər.
Dünən Astanaya Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları toplaşıblar. Qazaxıstan, Rusiya, Çin, Tacikistan, Qırğızıstan və Özbəkistan bütün günü mürəkkəb danışıqlar aparıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sözlərinə görə, ŞƏT dövlətlərini öz sakinlərini təmin etmək üçün bütün imkanlara malikdir. İqtisadi müstəqilliyini sübutu kimi o, Qazaxıstan və Çinin rəsmi şəkildə dollardan imtina etməsini göstərib: «Astana və Pekin arasında bütün qarşılıqlı ödəmələr milli valyutalarla aparılacaq. İki dövlətin əsas bankirləri lazımi sənədi və hətta 200 milyard tengelik ilk müqavilələrini imzalayıblar».
Qitənin taleyüklü məsələləri barədə razılığa gəlmə axşama qədər sürüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?