Dünya bazarında neft və metal qiymətlərinin düşməsi ucbatından 2016-cı ildə Qazaxıstan kəskin büdcə kəsri gözləyir.
Bu barədə deputata Yerbolat Dosayev bildirib.
Onun sözlərinə görə 2016-cı ilin büdcə xərcləri təsdiqlənmiş planda nəzərdə tutulduğundan 300 milyard təngə (860 milyon dollar) aşağı olacaq. Büdcəyə gələn pulun az olmasının əsas səbəbi neftin beynəlxalq ticarətindən gələn rüsumların və hasilatın azalmasıdır.
Büdcə kəsrinin 723,4 milyard təngədən 902,7 milyard təngəyədək artacağı proqnozlaşdırılır.
Mədən sənayesində də hasilat 5% aşağı düşüb. Hökumətin bu həftə verdiyi bəyanatda bildirilib ki, 2016-cı il üçün nəzərdə tutulan ÜDM artımı 2,1%-dən 0,5%-ə düşəcək.
Ölkənin iqtisadi vəziyyətinin getdikcə pisləşməsinə baxmayaraq, Qazaxıstan xaricdən maliyyə almayacağını deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?