Dekabrın 16-da 1992-1995-ci illərdə sabiq Yuqoslaviya müharibəsində cinayət törədən 10 bosniyalı serb təhlükəsizlik xidməti zabiti həbs olunub. Zabitlər aralarında qadın və uşaqlar olan 70-ə yaxın müsəlman bosniyalı mülki şəxsin qətlində və çoxlarının təqibində ittiham olunublar. Bu barədə "Reuters" xəbər verir.
Müharibədən 20 il keçsə də, Bosniyada 100 min insanın ölümü və 2 milyon nəfərin didərgin düşməsinə səbəb olan münaqişədə törədilən hərbi cinayət araşdırılır. Dövlət təhqiqat və mühafizə agentliyinin (SİPA) bildirdiyinə görə, polis Şərqi Bosniyada 3 şəhərdə reyd aparıb. Nəticədə 10 sabiq yüksək rütbəli hərbçi və polis zabiti həbs edilib. Onlar insanlıq əleyhinə cinayətlərdə ittiham olunublar. Həmin şəxslər 1992-ci il iyul ayının 14-də Şərqi Zvornik şəhəri yaxınlığındakı kənddə yaşayan 120-ə yaxın bosniyalının təqibinin planlaşdırılması və icrasında təqsirləndiriliblər. İttihamçılar bildirirlər ki, qurbanlar evlərindən zorla çıxarılaraq ayrı-ayrı yerlərə və həbsxanalara aparılıb, onlara cürbəcür işgəncələr verilib və kobud rəftar edilib. "Bəzən saxlanan şəxslər qruplara ayrılaraq kütləvi şəkildə güllələniblər. 67-dən çox mülki şəxs öldürülüb", - bəyanatda bildirilir.
Qeyd edək ki, müharibə vaxtı Şərqi Bosniya bosniyalı serb ordusunun və etnik serb yarımhərbi qruplaşmaların qərargahı idi. Onlar bosniyalılar və xorvatlarla mübarizə apararaq Serbiyanı yaratdılar.
Bundan əlavə, ayın əvvəlində Serbiya və Bosniyada 1993-cü ildə çoxu bosniyalı olan 20 nəfəri qətlə yetirdiklərinə görə, 15 sabiq serb yarımhərbi qüvvəsi və əsgərlər həbs olunmuşdu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?