Keçmiş Bosniyalı serb komandiri Ratko Mladic 1990-cı illərdə Bosniya müharibəsindəki "soyqırım və zülmlərə görə ömürlük həbs olunub.
"Bosniya qəssabı" kimi tanınan Mladic Srebrenica və Sarajevo mühasirəsi vaxtı Bosniya müsəlmanlarının (Bosniaks) kütləvi qırğını zamanı hərbi qüvvələrə rəhbərlik edib. Birləşmiş Millətlər Haaqa tribunalı onu 11 ittihamdan 10-u üzrə təqsirli bilib. 74 Yaşlı Mladic cəzası elan olunanda məhkəmə zalında olmayıb. O, hakimlərə qışqırdığı üçün zaldan çıxarılıb. "Bu yalandır. Sizin məhkəmə zalında dedikləriniz hər şey yalandır"- o deyib.
Vəkilləri Mladicin yüksək qan təzyiqi olduğuna görə iclasın təxirə salınması istəsə də hakimlər bunu qəbul etməyib və Mladic qışqıraraq etiraz edib. Mladic bütün ittihamları rədd edib və vəkili apellyasiya verəcəklərini bildirib. Cinayət nə idi? Mladic Bosniya xorvat və Bosniak ordularına qarşı vuruşan Bosniya serb hərbiçilərinin komandanı olub. O 2012-ci ildən Beynəlxalq Cinayət Tribunalında keçmiş Yuqoslaviya işi ilə əlaqədar mühakimə olunur. Aşkarlanmışdır ki, Mladic 1995-ci ildə Srebrenica soyqrımında 7000-dən çox Bosniyalı kişilərin və oğlanların qətlə yetirilməsində "xüsusi təşəbbüs" göstərib, bu İkinci Dünya Müharibəsindən bu yana Avropada baş verən ən böyük zülm olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?