Sakit okeanda tədqiqatlarını davam etdirən Havay universitetinin bioloqları bu günədək elmə məlum olmayan ruh balıq aşkarlayıb.
gundemxeber.az atvxəbər.az istinadən xəbər verir ki, Mariana çökəkliyinin yaxınlığında, 8 min metr dərinlikdə aşkarlanan şəffaf rəngli balıq öz hərəkətləri ilə sanki havada gözdən itən ruh effekti yaradır. İndiyədək misli görülməmiş balıq okean dərinliyinə endirilmiş robotun kameralarından lentə alınıb.
Alimləri düşündürən bu balığın ruha bənzəməyindən daha çox, onun bu dərinlikdə necə yaşamasıdır. Okean sularında dərinlik artıqca suyun təzyiqi canlıların yaşamasına imkan vermir, əzələləri sıradan çıxarır. Bu vaxtadək ən dözümlü dəniz canlısı 7 min metr dərinlikdə aşkarlanmışdı.
İndi amerikalı alimlər ruh balıqlardan heç olmasa birini yaxalamağı, üzərində araşdırma aparmağı planlaşdırır. İlk dəfə kameraya düşən ruh balığın asanlıqla ələ keçəcəyi isə o qədər də inandırıcı deyil.
Sorğu
Yeni dizaynımız necədir?