Cümhuriyyət qurucusunun mənəvi qızı Ülkü Adatəpənin övladları Cümhuriyyət Xalq Partiyası və İş Bankına 1 milyard dollarlıq tələb məktubu göndəriblər
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mənəvi qızı Ülkü Adatəpənin övladları Cümhuriyyət Xalq Partiyası və İş Bankından analarının haqqı olan miras payını tələb ediblər. Ülkü Adatəpənin övladları Cümhuriyyət Xalq Partiyası və İş Bankına 1 milyard dollarlıq tələb məktubu göndəriblər. Keçən il avqustun 1-də yol qəzasında dünyasını dəyişən Ülkü Adatəpənin oğulları Əhməd Kamal Doğança və Əli Kamal Doğança analarının M.K.Atatürkün son mirasçısı olduğunu, ancaq haqqına düşənin və Atatürkün vəsiyyətində göstərilən miras haqqının ala bilmədiyini iddia ediblər. Doğança qardaşlarının vəkili Cümhuriyyət Xalq Partiyası və İş Bankına bu məsələ ilə bağlı iddia qaldıracaqlarını bildirib. Qardaşların, həmçinin yanvarın 30-da bu məsələylə əlaqədar mətbuata açıqlama verəcəyi də qeyd edilib. “Xəbər xidməti”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?