İndoneziyada dənizə düşən Air Asia təyyarəsinin qara qutusundakı danışıqlar internetdə yayılıb.
Musavat.com-un məlumatına görə, 2 dəqiqə 10 sanıyılik səs yazısının pilotla köməkçisinə aid olduğu bildirilib.
Dialoq belədir:
Pilot: Yaxşı, bunu köçürdəcəyəm, inşallah. Bu şəkildəkindən fərqlidir. Köməkçi pilot: Bəli. Pilot: Bu nizamsızdır. Köməkçi pilot: Bəli, doğrudur. Pilot: Bambuk gəmisi kimi olmuşuq, bundan yararlanaq. Köməkçi pilot: (Gülür) Pilot: Sıfır yeddi (qüllə ilə danışır) Pilot: Alçalaq, yoxsa yüksələk? Köməkçi pilot: Yüksələk. Pilot: Qətiyyən sola dönmə (həyəcanlı) Köməkçi pilot: Kapitan baxın, baxın (nəyisə göstərdiyi ehtimal edilir)
İki pilotun səsləri get-gedə yüksəlməyə başlayır və təkbir gətirməklə bitir. Səs yazısının pilotlara aid olub-olmaması barədə hələ ki, açıqlama verilməyib. Qara qutunun araşdırılmasının təxminən 10 ay davam edəcəyi və bundan sonar təyyarənin qəza səbəbinin məlum olacağı bildirilir.
Qeyd edək ki, Air Asia təyyarəsi 28 dekabrda İndoneziyadan Sinqapura uçarkən qəzaya uğramışdı. Təyyarədə olan 162 nəfərdən xilas olan olmamışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?