Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə keçirdiyi baxışın görüntüləri yayılıb.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, prezident və xanımı təyyarənin texniki imkanları ilə bağlı məlumat alıblar.
Təyyarənin salonu və pilot kabinəsi ilə tanış olan İlham Əliyevə məlumat verilib ki, “Boeing-787-8” Dreamliner son texniki nailiyyətləri özündə birləşdirir. Və fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir.
Qeyd edək ki, bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?