Türkiyədə səfərdə olan İranın Xarici İşlər naziri Əli Laricani keçirdiyi mətbuat konfransında jurnalistlərin kəskin sualları ilə üzləşib. Avropa.info xəbər verir ki, Əl-Cəzirə telekanalının müxbiri Laricaniyə "Suriya ərazisində Hizbullah üzvləri və iranlı bir komandir öldürüldü . Bəzi məlumatlara görə, bunu İzrail edib. İlk dəfə xarici ölkə ərazilərində İsrail, iranlı bir komandiri öldürmüş oldu. İranlı komandir hansı vəzifə üçün Suriyadadır ? İran bu məsələdə İsrailə bir qarşılıq verməyi düşünürmu və ya necə bir qarşılıq verməyi düşünür? " sualına cavab olaraq, İranın Xarici İşlər naziri rəqiblərini "Hizbullah"la hədələyib. "Hizbullah düşüncəli bir qrupdur. İranın yardım etməsinə ehtiyac yoxdur. Hizbullah dediyini edər. Bu işin asanlıqla bağlanıb getməsinə icazə verməz". "İranlı komandir hansı vəzifə üçün Suriyadadır " sualı təkrar edilincə , Laricani "Suriyaya dəstək veririk. Bunu da gizlicə etmirik " deyib. Laricani "İran bu məsələdə İsrailə qarşılıq verməyi düşünürmu" sualını isə cavabsız qoyub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?