İsraillə Livan sərhədində gərginlik artır. Livanın cənubuna nəzarət edən “Hizbullah” qüvvələrinin İsrail ərazisinə növbəti raket zərbəsinə cavab olaraq yəhudi ordusu Livan ərazisini intensiv zərbələrə məruz qoyub. Xarici KİV-lərə istinadən xəbər verir ki, “Hizbullah” İsrail ərazisinə iki “Katyuşa” raketi buraxıb. Raketlər İsrailin şimalındakı Kiryat-Şmon şəhərinin ətrafında partlayıb, xəsarət alan olmayıb.
Buna cavab olaraq İsrail ordusu Livan ərazisinə azı 20 mərmi atıb. Digər məlumata görə, “Hizbullah” mövqeləri tanklardan da atəşə tutulub.
Sonuncu dəfə İsrail Livan ərazisini bu ilin avqustunda atəşə tutmuşdu. “Hizbullah”la İsrail arasında atəşkəs razılaşmasına baxmayaraq ayrı-ayrı qruplar İsrail ərazisinə raket zərbələri endirir.
İsrailin müdafiə naziri Moşe Yalon bəyan edib ki, bu insidentlərə görə tamamilə Livan hökuməti məsuliyyət daşıyır və əgər “Hizbullah” qruplaşmasının raket zərbələri davam edərsə, İsrail ordusu daha böyük güc tətbiq edəcək. Livandakı BMT sülhməramlı missiyası isə hər iki tərəfi sakitliyə və gərginliyi artırmamağa, yeni zərbələrdən çəkinməyə çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?