Polşa tarixində ilk dəfə transsekusal deputat olan Anna Qrodska ölkə prezidentliyinə öz namizədliyini irıli sürəcəyini açıqlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Qrodskinin sözlərinə görə, onun namizədliyini üz olduğu “Yaşıllar partiyası” dəstəkləyəcək. Jurnalistlərə açıqlamasında gələcək prezidentin xalq tərəfindən seçildiyini vurğulayaraq namizəd siyasətçilərin ittihamlarından qorxmadığını da bildirib. Qeyd edək ki, Anna Qrodska cinsini tamamilə dəyişdikdən bir il sonra, 2011-ci ildə Polşa parlamentinin Aşağı palatasının deputatı seçilib. O, transqenderlərin hüquqlarını qoruyan “Trans-Fuzja” təşkilatının təsisçisidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?