Birləşmiş Ərəb Əmirliklərində yaşayan Misir prezidentliyinə iddialı şəxsin vəkili onun evində ikən həbs olunduğunu və Misirə deportasiya olunacağını bildirib.
Əhməd Şəfiqi təmsil edən Dina Ədli bunu şənbə günü Facebook postunda elan edib. O deyib ki, Şəfiq ilə bütün əlaqələri kəsilib.
BƏƏ rəsmiləri məsələ ilə bağlı şərh verməyib.
Sabiq nazir və hava qüvvələri komandiri olan Şəfiq ötən həftə 2018-ci ildə prezidentliyə namizədliyini irəli sürmək planını elan etmişdi. O, 2012-ci ildə Misirdə keçirilən ilk azad seçkidə iştirak edib və islamçı Məhəmməd Morsiyə məğlub olub. Daha sonra o, ölkəni tərk edib.
İnsan haqları müdafiəçisi Xalid Əli də 2018-ci ildə namizədliyini irəli sürəcəyini açıqlayıb, amma dövlət orqanları tərəfindən təqib olunduğunu bildirib.
Prezident Əbdel-Fəttah Əl-Sissi hələ ki, namizədliyi rəsmi olaraq elan etməyib.
Sorğu
Yeni dizaynımız necədir?