The National Interest: «Yeni Qarabağ müharibəsi daha dağıdıcı olacaq»
Suriyadan Əfqanıstana qədər olan münaqişə zonasını daha yeni bir müharibə- Dağlıq Qarabağ müharibəsinin başlanması gözləyir. Amerika prezidenti Barak Obamanın yeni xarici siyasət komandasını istəsə də, istəməsə də, bu, onları məşğul edəcək. Bu haqda Vaşinqtonun xarici əlaqələr Şurasının Avropa və Avrasiya üzrə böyük elmi əməkdaşı Ueyn Merri “The National Interest” jurnalındakı məqaləsində yazıb. “Moskva, Paris və Vaşinqtonun rəhbərliyi altında həmsədrlik səyləri münaqişəsinin həllinin axtarılmasına yönəlib. Bu üç ölkə hakimiyyətinin səyləri, eyni zamanda bu üç dövlətin prezidentlərinin təşəbbüslərinə baxmayaraq münaqişə tərəfləri danışıqlar aparmırlar və aparmayacaqlar. Bu dalana dirənmiş vəziyyət son illər müharibədən sonra olan deyil, müharibəyə qədər olan təhülkəli mübahisələrin inkişafına gətirib çıxarıb”,- deyə müəllif yazıb. Onun fikrincə, yeni müharibə, ehtimal ki, hər iki tərəf üçün çox böyük tələfatla əldə ediləcək və verilən qurbanlara dəyməyəcək qələbə olacaq. Eyni zamanda miqyası və dağıcılığına görə birinci müharibəni də ötəcək: “Birinci müharibə ancaq Qarabağ və onun ətrafındakı ərazilərdə gedirdi. Bir növ piyada döyüşü gedirdi. Bu dəfəki müharibə isə Azərbaycan və Ermənistanı əhəmiyyətli dərəcədə böyük arsenalla bir-birinə qarşı qoyacaq. Hər iki tərəf əməliyyatları bu əsasda həyata keçirməyi planlaşdırırlar. Hər iki tərəf qaz kəmərləri kimi mülki obyektləri vuracaqları ilə hədələyirlər. Təkcə Qarabağda deyil, onların öz sərhədlərində son vaxtlar atəşkəs ciddi şəkildə pozulub”. Ueyn Merri hesab edir ki, təhlükə daha çox regional güclərlə- Rusiya-Ermənistan və Türkiyə-Azərbaycanla bağlıdır: “Ankara və Moskva əslində yeni Qarabağ müharibəsində bir-birilə döyüşməyəcək. Amma hər iki tərəf öz tərəfdaşları tərəfindən təhülkəli vəziyyətlərə cəlb oluna bilərlər. ” “Siyasət şöbəsi”
Sorğu
Yeni dizaynımız necədir?