Yeni dövlət katibindən Qarabağ açıqlaması: “ABŞ münaqişənin sülh yolu ilə həllinə mane ola biləcək istənilən addımın əleyhinədir”
Birləşmiş Ştatlar Misnk qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə yardımını davam etdirəcək. Bu barədə Amerikanın yeni dövlət katibi Con Kerri senator Robert Menendes və Barbara Bokserin məktubuna cavab olaraq bildirib. Məktubda həmçinin deyilir ki, yeni dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək. Azərbaycanın işğal olunmuş ərazilərində uçuşlara imkan verməyəcəyi haqda bəyanatı ilə bağlı ünvanlanmış suala cavabında Con Kerri deyib ki, tərəflər bu təhlükəli vəziyyəti diplomatik yolla aydınlaşdırmalıdırlar. Amerika Adimisntarsiyası qəti şəkildə bildirir ki, tərəflərin atdığı və regionda gərginliyi artıracaq, münaqişənin sülh yolu ilə həllinə mane ola biləcək istənilən addımın əleyhinədir. Qeyd edək ki, Hillari Klinton artıq tutduğu vəzifədən istefa verib. O, son iş günündə Dövlət Departamentinin əməkdaşları ilə vidalaşıb. Con Kerri gələn həftədən etibarən işə başlayacaq. Con Kerri Amerika Birləşmiş Ştatlarının sayca 68-ci dövlət katibi olacaq. İlk dəfə bu vəzifəni 1789-cu ildə Corc Vaşinqtonun təyin etdiyi Tomas Cefferson icra edib. “Xəbər xidməti”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?