Diplomatik münasibətlər 1980-cı ildən, İranda baş vermiş İslam inqilabından sonra dayandırılıb
İran prezidenti Mahmud Əhmədinejad İslam Əməkdaşlığı Təşkilatının konfransında iştirak etmək məqsədi ilə fevralın 6-da ilk dəfə Misirə səfər edəcək. “Röyters” agentliyinin verdiyi məlumata görə, bu İran rəhbərinin 1980-cı ildən bu vaxtadək ilk səfəri olacaq. Xatırladaq ki, bu iki dövlət arasında diplomatik münasibətlər 1980-cı ildən, İranda baş vermiş İslam inqilabından sonra dayandırılıb. İran nümayəndə heyətinə İran prezidenti Mahmud Əhmədinejad rəhbərlik edəcək. “Arzu edirəm ki, iki dövlət arasında diplomatik münasibətlər nəhayət ki tamhəcmli olacaq”, deyə Qahirədə İran bölməsinin rəhbəri Amanı Möjtabə bildirib. Xatırladaq ki, Misir prezidenti Məhəmməd Mursi İrana 2012-ci ilin avqustunda səfəri baş tutub. Səfər çərçivəsində Tehranda və Qahirədə iki dövlətin səfirliklərinin açılması barədə razılıq əldə olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?