İran prezidentinin ölkənin ən uzun tunelinin açılış mərasimində iştirak etmək üçün Mazandarana gedirmiş
Göyərtəsində İran prezidenti Mahmud Əhmədinejadın olduğu helikopter İranın şimalında dağlıq ərazidə qəzaya uğrayıb. Bu barədə İranın "Mehr" agentliyi xəbər verir. Agentliyin məlumatına görə, Əhmədinejad və onu müşayiət edən dövlət məmurları qəza nəticəsində xəsarət almayıb.
İran prezidentinin ölkənin ən uzun tunelinin açılış mərasimində iştirak etmək üçün Mazandaran vilayətinə getdiyi bildirilir. "Qəzaya baxmayaraq, Mahmud Əhmədinejad açılış mərasiminə vaxtında çatıb və Tehrana avtomobillə qayıdıb. Helikopter isə təmir olunmaq üçün qəzaya uğradığı yerdə qalıb" - "Mehr" agentliyinin məlumatında belə deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?