Rusiya Qəbələ RLS-i Azərbaycana aldığı vəziyyətdə qaytaracaq. Bu barədə jurnalistlərə çərşənbə günü RLS-in istismarına xitam verilməsi ilə bağlı Birgə Komissiyanın Bakıda keçirilən iclası ilə əlaqədar RF səfiri Vladimir Doroxin bildirib. Bu gün komissiya artıq Qəbələdə işini davam etdirir. Doroxin RLS-ə icarə sazişi imzalandıqdan sonra gətirilən avadanlıqların RF mülkiyyəti olduğunu qeyd edib. Buna görə Rusiyanın onu aparmağa tamamilə hüququ var. Hazırda Qəbələdə qısa müddət ərzində aparıla biləcək əmlakın müəyyən edilməsi üzrə işlər aparılır. İşin yekunlarına görə obyektin tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi haqqında sənədlər imzalanacaq. Səfir işin başa çatacağı müddəti açıqlamağa çətinlik çəkib. “Ekspertlər Rusiyanın nə aparmağa hüququ olduğunu müəyyən etməlidirlər və bu, müəyyən vaxt aparacaq”, deyə səfir bildirib.
Sorğu
Yeni dizaynımız necədir?