Nigeriyada 12 yaşlı kamikadze qız üzərindəki bombanı partladaraq terror hadisəsi törədib.
Partlayış ölkənin şimal-şərqində mühüm strateji yaşayış qəsəbəsi hesab edilən Damaturda baş verib.
Şahidlərin dediyinə görə, kiçik yaşlı kamikadze hicabının altında gizlətdiyi bombanı insanların daha sıx olduğu ticarət mərkəzində partladıb.
Partlayış zamanı 10 nəfər ölüb və 29 nəfər isə yaralanıb. Yaralılar xəstəxanada yerləşdirilib.
Boko Haram radikal islamçılardan ibarət qrup çox vaxt terror aktı törətmək məqsədilə gənc qızlardan istifadə edirlər. Analoji hadisə bu ilin fevral ayında da baş vermişdi. O zaman kamikadze qadının törətdiyi partlayış nəticəsində 7 nəfər ölmüşdü, 32 sakin isə yaralanmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?