İraq ordusu və şiə könüllülər Ənbər əyalətini İŞİD-in əlindən geri almaq üçün hərbi əməliyyata başladığı məlumatını yayıb.
Avropa.info xəbər verir ki, İraq ordusunun hücumuna baxmayaraq, İŞİD Ənbər ərazisində irəliləməyə davam edir.
İraq dövlət kanalına müsahibə verən şiə könüllülərin lideri Əhməd Sədi Ənbər əməliyyatına “Əmrindəyik ya Hüseyn” mənası verən “Ləbbeyk ya Hüseyn” kod adı veriblər.
Bağdad hökuməti keçən şənbə itirdiyi Ramadi şəhərinin bəzi istiqamətlərində əməliyyatlara başlamışdı. “Haşdu Şabi” adı ilə tanına şiə könüllülər İraq ordusuna dəstək verir, amma ələ keçirdikləri bəzi sünni şəhərlərində qarət və məzhəb düşmənçiliyi ilə məşğul olduqlarından hökumət onlara tam güvənmir.
İŞİD isə Ramadini ələ keçirdikdən sonra şiə könüllüləri mövqelərindən geri atmaq üçün onların bazasına hücuma keçib. Bundan əlavə Ənbər əyalətinin Habbaniyə aerodromuna hücum təşkil olunub. İŞİD-in atdığı 23 raket nəticəsində şiə döyüşçülər xeyli itki verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?