ANS PRESS-in məlumatına görə, İraq ordusunun başladığı geniş miqyaslı hücum nəticəsində Düluyyə şəhəri terrorçulardan azad edilib. Terror qruplaşmasının 300-dən çox üzvü hücum zamanı öldürülüb.
İraq ordusunun hücumuna ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri havadan dəstək verib.
Qeyd edək ki, İraq ordusu İŞİD-in işğal etdiyi şəhərləri geri almaq üçün uzun müddətli hücum hazırlığına başladığını bəyan etmişdi. Bu məqsədlə ABŞ və Küveyt İraq ordusuna 361 tank verəcəyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?