"Aslan Usoyanın ("Ded Hasan") tərəfdarları Azərbaycanda keçiriləcək prezident seçkilərindən əvvəl ölkə ərazisində və bütün həbsxanalarda təxribatlar hazırlayıblar". Bu barədə SalamNews-a adını çəkilməsini istəməyən kriminal aləmə yaxın adam xəbər verib. O deyib ki, "Ded Hasan"ın ölümünün bu təxribat planlarını nə dərəcədə pozduğunu bilmirik. Amma bunu reallaşdırmaq üçün Vaqif, Yunus, Qoca kimi "qanuni oğrular" cəlb olunub. Azərbaycanın qapalı təcridxanasında məhkumluq həyatı yaşayan keçmiş "qanuni oğru", Qulu ləqəbli Nadir Səlifovun adı məhz "Ded Xasan" tərəfindən bərpa olunub. Hazırda "Qulu" və onun ətrafındakılar Bakının Qaraçuxur (keçmiş Razin) qəsəbəsində, eləcədə metronun "Koroğlu" (keçmiş Məşədi Əzizbəyov), "Nərimanov" və "İçərişəhər" (keçmiş Bakı Soveti) stansiyaları ərazisində 100-dək insanı silahlandırıblar. Bu adamlara TT markalı silahlar paylanılıb. Açıq-aşkar Qulu və ətrafındakılar 10 minədək adamı silahlandıracaqlarını bəyan edirlər. Mənbənin sözlərinə görə, bu təxribatlar artıq kriminal aləmin hesablaşması deyil. Bu, əslində siyasi məqsədlər daşıyır. Ona görə də bütün bu təxribatlar məhz prezident seçkiləri öncəsi nəzərdə tutulur. O söyləyib ki, bu planlar bəzi ölkələrin Azərbaycana qarşı apardığı siyasətin bir şaxəsi kimi hazırlanıb. Təsadüfi deyil ki, Azərbaycana qarşı bəzi yeni təşkilatların və birliklərin yaranması da bu hadisələrlə eyni vaxtda baş verir. Aslan Usoyanın PKK terror təşkilatı ilə yaxın əməkdaşlığı və onun Türkiyəyə və Azərbaycana qarşı düşmən mövqedə olmasını nəzərə alsaq, bu təxribatların arxasında kimlərin durduğu aydınlaşar. Baş verənlərin erməni lobbisi ilə birbaşa əlaqəli olduğunu deyən mənbə, yaxın zamanda daha dəqiq faktların ictimaiyyətə çatdırılacağını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?