Bir otaq və bir salondan ibarət olacaq ev həbsxanadan tam ayrı tikiləcək
Türkiyədə məhbusların həbsxanada davranış və nizam-intizama qaydalara riayət edəcəyi təqdirdə mükafat olaraq ailəsi ilə görüşməsinə icazə verən qanun qüvvəyə minib. Bununla əlaqədar İmralıda saxlanılan PKK lideri Abdulla Öcalana ev tikilir. “Haber 365” xəbər verir ki, ev bir otaq və bir salondan ibarət olaraq, həbsxanadan tam ayrı tikiləcək. Qanuna görə, məhbuslara ən geci 3 ayda bir dəfə olmaqla 3-24 saat müddətində həyat yoldaşları ilə görüşmək imkanı veriləcək. Görüşdə həbsxana nümayəndələri iştirak etməyəcək. Hazırda A.Öcalanın Kəsirə Öcalanla evliliyi rəsmi olaraq davam edir. Baxmayaraq ki, PKK Kəsirə Öcalanı “xain” elan edib. Qeyd edək ki, İmralıda Öcalandan başqa terrorda ittiham edilən Şehmus Poyraz, Cumali Karsu, Hakkı Alkan, Hasbi Aydəmir, Bayram Kaymaz da saxlanılır. Elnarə
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?