GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə hakimiyyəti PKK ilə anlaşır

Türkiyə hakimiyyəti PKK ilə anlaşır

Tarix: 10-01-2013, 11:31 Bölmə :Dünya Baxış: 712
Türkiyə hakimiyyəti PKK ilə anlaşır

Abdulla Öcalan Ankaraya Suriyada birgə hərəkət etmək təklif edib

PKK terror təşkilatının lideri Abdulla Öcalan Türkiyədəki kürdlərin müstəqil dövlət yaratması yönündə istəyindən vaz keçib. Lent.az-ın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda İmralı adasında təcridxanada saxlanılan Abdulla Öcalan bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə son 15 gündə onunla iki dəfə görüşən Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidana söyləyib.
Bundan sonra Rəcəb Tayyib Ərdoğan Hakan Fidana Abdulla Öcalanla növbəti dəfə görüşməklə bağlı təlimat verib. Abdulla Öcalan növbəti görüşdə Türkiyədə kürdlər üçün demokratik muxtariyyət tələbi olmadığını da bildirib. Türkiyə Təhlükəsizlik Şurasının yeni il ərəfəsində, 2012-ci il dekabrın 26-da keçirilən toplantısından sonra Milli Kəşfiyyat Təşkilatının 5 nəfərdən ibarət nümayəndə heyəti hazırla PKK terror təşkilatına rəhbərlik edənlərlə görüşmək üçün İraqa, Qəndil adasındakı PKK düşərgəsinə gedib. Qəndildəki görüşdə yekun anlaşma əldə edilmir, ancaq prinsipial məsələlərlə bağlı müzakirə aparılır. İmralı və Qəndildəki görüşlərdən sonra Abdulla Öcalanın həbsdə saxlanıldığı İmralı adasına PKK-ya yaxınlığı ilə seçilən Barış və Demokratiya Partiyasından (BDP) iki millət vəkilinin – Ahmet Turk və Ayla Akatın göndərilməsi qərara alınır. BDP sədri Selahattin Demirtaş və Gültan Kışanak başda olmaqla, BDP deputatları buna etiraz edirlər. Lakin Qəndildən gələn təzyiqdən sonra Ahmet Turk və Ayla Akatın göndərilməsi ilə bağlı etirazlar aradan qalxır.
Ankara, İmralı və Qəndil üçbucağında hazırlanmaqda olan “Yol Xəritəsi”nə görə, PKK-nın rəhbərliyində ən yüksək səviyyədə yer tutan 50 nəfər Qəndili tərk edərək Avropa ölkələrindən birinin paytaxtına yerləşməlidir. PKK-nın rəhbərliyində yer alan digər şəxslərə Türkiyəyə dönərək siyasətlə məşğul olmağa şərait yaradılacaq. Üçüncü mərhələdə isə qəbul edilən qərarların həyata keçməsi üçün Müşahidə Qrupu yaradılacaq. Müşahidə Qrupunda hakim AKP, o cümlədən müxalifətdəki CHP, MHP və BDP üzvlərinin yer alması nəzərdə tutulur. Müşahidə Qrupu Türkiyədəki PKK silahlı terrorçularının ölkəni tərk etməsini müşahidə edəcək, ölkəni tərk edən terrorçu qruplara ordunun hücum etməsinə yol verilməyəcək.
Paralel olaraq may ayında qədər Türkiyə Konstitusiyasında və qanunlarında sürətli dəyişikliklər ediləcək. Böyük əfv barədə qərar verilməyəcək, amma cəzasının 4/5-ü çəkən PKK üzvləri sərbəst buraxılacaq. Yarı açıq həbsxanalarda 1 il cəza çəkən PKK üzvləri də azadlıq qazanacaqlar. Məsələn, terrorla bağlı 20 il həbsxanada olmuş PKK üzvü 1 il şərti azadlıqda olduqdan sonra tam azadlığına qovuşacaq.
Abdulla Öcalanla növbəti görüş yanvarın 13-də planlaşdırılıb. Həmin gün PKK lideri ilə BDP sədri Selahattin Demirtaş, Gültan Kışanak, Ahmet Türk və Aysel Tuğluk görüşə biləcəklər. Abdulla Öcalan bu görüşdə BDP heyətinə Qəndildəki PKK rəhbərliyinə və PKK-nın Avropa üzrə məsuliyyətli şəxsinə yazdığı məktubunu verəcək. O da məlum olub ki, Abdulla Öcalan Hakan Fidanla görüşdə Ankaraya Suriyada əməkdaşlıq təklif edib. Abdulla Öcalan bu məqsədlə PKK-nın Suriyadakı qanadı olan PYD-yə Suriya prezidenti Bəşər Əsədə deyil, Suriya müxalifətinə dəstək verməyi tapşıracaq.
“Xəbər xidməti”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Məni Türkiyə təkbaşına tutmayıb”

    “Məni Türkiyə təkbaşına tutmayıb” ...

    18-02-2014, 00:14

  • 
  • Abdulla Öcalan əfv edilə bilər

    Abdulla Öcalan əfv edilə bilər ...

    18-11-2013, 13:16

  • 
  • PKK liderinin qardaşından ŞOK Ərdoğan açıqlaması

    PKK liderinin qardaşından ŞOK Ərdoğan açıqlaması ...

    20-08-2014, 13:11

  • 
  • Abdulla Güldən şok açıqlama: “Türkiyə dağılacaq!”

    Abdulla Güldən şok açıqlama: “Türkiyə dağılacaq!” ...

    25-11-2015, 14:13

  • 
  • Abdullah Öcalan azadlığa çıxa bilər

    Abdullah Öcalan azadlığa çıxa bilər ...

    29-03-2014, 15:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu