Dövlət Aviasiya xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Ukrayna nazirlər kabineti Dövlət Aviasiya xidmətinin rəhbəri Denis Antonyuku Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili ilə mübahisəsindən sonra vəzifəsindən kənarlaşdırıb. gundemxeber.az xəbər verir ki, bu barədə ”112 Ukrayna” telekanalı nazirlər kabinetinin sərəncamına istinadən xəbər verir. “Antonyuk Denis Yuriyeviç Ukraynanın Dövlət Aviasiya xidməti sədri vəzifəsindən xidməti araşdırma bitənə qədər kənarlaşdırılsın”, - sərəncamda deyilir. Daha öncə Saakaşvili Dövlət Aviasiya xidmətinin komissiyasının iclasında Antonyuk ilə mübahisəyə girib, mübahisə zamanı Dövlət Aviasiya xidmətinin rəhbəri Saakaşvilidən “boşboğazlığa son qoymağını” istəyib.
Sorğu
Yeni dizaynımız necədir?