Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Dövlət Fiksal Xidmətinin (DFX) rəisi, əslən azərbaycanlı olan Roman Nəsirovu Odessa gömrüyündə bütün anti-korrupsiya layihələrinin qarşısını almaqda ittiham ediblər.
Roman Nəsirov
Ukrayna KİV-ni xəbər verir ki, onlar DFX rəhbərinə öz iddialarını ölkənin Baş naziri Vladimir Qroysmanın iştirakı ilə keçirilən iş müşavirəsi zamanı deyiblər. “Mən Gürcüstanda prezident olanda, belə insanlar türmədə otururdular”, - Saakaşvili Nəsirovu göstərərək deyib. Qroysmana müraciət edən Odessa qubernatoru əminliyini vurğulayıb ki, “Nəsirovu onsuz da həbs etdirəcək”. (oxu.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?