Rusiya ilə Ukrayna arasında təbii qaz müharibəsi yenidən başladı. Ukraynanın bu ilin üçüncü rübündən etibarən Rusiyadan təbii qaz idxalını tamamilə dayandıracağını açıqlmasına Rusiyadan da cavab gecikmədi. ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyanın “Qazprom” və Ukryananın “Naftoqaz” şirkətləri arasındakı görüşmələr anlaşmazlıqla nəticələnib. Rusiya baş naziri Dmitri Medvedevin Ukraynaya təklif etdiyi qiymətə qane olmayan Kiyev 1 iyul tarixindən etibarən rus qazından imtina edəcəyini açıqladı. Ukraynanın bu bəyanatına Rusiyanın cavabı da çox sərt oldu. Rusiyanın “Qazprom” şirkətinin baş direktoru Aleksey Miller Ukrayna hökumətinin əvvəlcədən ödənişi etməməsi durumunda “Qazprom”un bu ölkəyə təbii qaz ixracını bərpa etməyəcəyini açıqladı:“Qaz nəqlini müqaviləyə uyğun olaraq dayandırmışıq. Şərtlərin razılaşdırılması üçün belə bir addım atmağa ehtiyac var idi. Həll olunmamış heç bir məsələ yoxdur. Müqavilədə göstərilən qiymət Ukrayna üçün həmin rüblə olaraq hesablanır. Avropalı müştərilərimizə gəlincə isə, Ukraynadan keçməklə onların qazla təmin olunmasında heç bir problem yoxdur”. Rus iqtisadçı-ekspert Mixail Delyagin Ukrayna ilə Rusiya arasında qaz qiymətləriylə bağlı yaşanan anlaşmazlıqdan daha çox avropalı istehlakçıların zərər görəcəyini deyir:“Ukraynaya etimadımız qalmayıb. Ödəyəcək pulları yoxdursa, əlbəttə ki, qaz da verməyəcəyik. Ancaq bu durumdan avropalı istehlakçılar zərər görəcək. Slovakya və Macarıstanın Ukrayanaya kifayət qədər qaz göndərmə imkanı olmadığı üçün Ukrayna yenə də Avropaya gedən qaz boru xəttindən oğurluq eleməyə başlayacaq. Avropa isə bizi günahlandıracaq. Ancaq indiki Rusiya Avropa münasibətlərini nəzərə alanda bu ittihamlar da bizi artıq 2009-cu ildəki qədər qorxutmur”. Hazırda Rusiyadan alının qazın min kubmetrinin qiyməti 247 dollar təşkil edir. Kiyev bu qiymətin 200 dollar civarında olmasını məqsədəuyğun hesab edib.
Sorğu
Yeni dizaynımız necədir?