85 yaşlı xristian liderinin ruhi və bədən gücü sarsılıb
Roma Papası XVİ Benedikt istefa verir. O, fevralın 28-də Papalıqdan gedir. İstefanın səbəbləri haqda, Roma Papasının kilsə Şurasına yazdığı məktubda deyilir ki, “bu günki dünya sürətlə dəyişir,” bu, “həm ruh, həm də bədən gücü tələb edir”, onun bu gücü isə “son bir neçə ayda xeyli sarsılıb”. Roma Papası etiraf etdiyini bildirir ki, o daha bu vəzifəni icra etmək iqtidarında deyil. Roma Papasının hazırda 85 yaşı var. Vatikan bildirir ki, Papanın istefası o deməkdir ki, yeni Papa seçilənə qədər bu vəzifə boş qalacaq. Adı çəkilməyən Vatikan rəsmisi isə deyib ki, istefa ilə varisin seçilməsi arasında vaxt mümkün qədər qısa olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?