GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə hüquq kitabında Heydər Əliyev niyə diktator adlandırlır?

Türkiyə hüquq kitabında Heydər Əliyev niyə diktator adlandırlır?

Tarix: 12-02-2013, 10:40 Bölmə :Dünya Baxış: 847
Türkiyə hüquq kitabında Heydər Əliyev niyə diktator adlandırlır?

Fərman Dəmirkol:
“Bir prezident seçkilərdə 98 faiz səs alırsa, orada demokratiya ola bilməz”


"Demokratik yolla seçilməyən prezidentə qarşı çıxmaq çevriliş yox, huquqdur", "Konstitusiya hüququ. Ümumi əsaslar. Türk Konstitusiya qanunu" dərsliyinin müəllifi Fərman Dəmirkol öz əsərində Heydər Əliyevi diktator adlandırıb. "...Ancaq dövlətdə səlahiyyət və gücü əlində tutan şəxslər insanlığa sığmayan bir idarəçilik sistemi ortaya qoya bilərlər. Məsələn, Səddam, Heydər Əliyev, Pinochet kimi...", İstanbul Universitetinin konstitusiya hüququ kafedrasının professoru Fərman Dəmirkolun müəllifi olduğu hüquq kitabında belə yazılıb.
Türk dilində dərc olunmuş "Anayasa hukuku. Genel esaslar. Türk Anayasa hukuku" kitabı ilə bağlı müəllif deyir ki, bu dərs vəsaitini onun mühazirə oxuduğu İstanbul Universitetinin 9 ixtisas bölməsinin və Kosovada dərs verdiyi bir universitetin tələbələri istifadə edirlər.

"Pinoçet, Səddam və Heydər Əliyev”

"Bu kitabınız İstanbul Universitetinin rəhbərliyi tərəfindən müzakirə edilibmi" sualına cavabında müəllif Fərman Dəmirkol deyib ki, "Bir elm adamının yazdıqlarına görə müzakirə edilməsi ancaq diktator ölkələrdə olar. Belə bir müzakirə olsaydı, deməli, Türkiyə də diktator dövlətdir". Kitabın 127 və 197-ci səhifələrində Heydər Əliyevin adı diktator dövlət başçısı kimi hallandırılıb: "...Pinoçet, Səddam və Heydər Əliyev tipli bütün dövlətlər polis dövlətidir..."
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya deyib ki, mətbuatda yayılan xəbərləri izlədikdən sonra məsələnin araşdırılması barədə göstəriş verib. "Kitabı tapıb oxuduqdan sonra bizim də cavabımız olacaq" baş konsul əlavə edib.
Dəmirkolun sözlərinə görə, 2007-ci ildən bu yana kitab müəyyən redaktələrlə beş dəfə çap edilib. Sonuncu variant isə 2011-ci ildə dərc olunub. Müəllif Heydər Əliyev barədə fikirlərin 6 ildən sonra üzə çıxmasına təəccüblənib. Türkiyənin ali məktəb dərsliklərində Heydər Əliyevin "diktator" kimi təqdim olunmasını göstərən mətnin şəkilləri sosial mediada bu həftə yayılıb. Türkiyə siyasi, hərbi, enerji və digər sahələrdə Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq qurub və Azərbaycanın strateji tərəfdaşıdır.

Mexikodan sonra

Heydər Əliyevi "diktator" adlandırmasının səbəblərini şərh edən konstitusiya hüquqçusu deyib ki, "bir prezident seçkilərdə 98 faiz səs alırsa, orada demokratiya ola bilməz. Demokratik yolla seçilməyən prezidentə qarşı çıxmaq çevriliş yox, huquqdur". Meksikada narazılıqlardan sonra Heydər Əliyevin heykəlinin götürülməsinin ardınca Türkiyənin aparıcı universitetlərindən birinin hüquq dərsliklərindən birində onun adının "diktator" kimi keçməsi maraqla qarşılanıb.
Heydər Əliyevə vəfatından sonra "Azərbaycan xalqının ümummilli lideri" siyasi titulu verilib. Bu il yanvarın 19-da Meksika paytaxtı Mexikoda Heydər Əliyevin heykəli götürüldü. Mexiko meriyası bu addımını yerli ictimaiyyətin müraciəti əsasında atdığını bildirib. Müraciət müəllifləri Heydər Əliyevin "avtoritar", "müxalifətin səsini boğan" siyasi lider olduğunu deyərək heykəlin qoyulmasına qarşı çıxmışdılar. Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov BBC-ə müsahibəsində heykəl atrafında yaranmış qalmaqala "Biz Heydər Əliyevə qarşı hər hansı təhqiri Azərbaycan xalqına qarşı yönəlmiş təhqir hesab edirik" deyə münasibət bildirmişdi.

"Diktatorları uyku tutmaz"

"Tədris prosesini kim müəyyən etməlidir - hökumətmi, rektormu yoxsa dərsi verən müəllimmi?" - Dəmirkol bildirib. Fərman Dəmirkolun sözlərinə görə, bir neçə il əvvəl onun Azərbaycandakı siyasi proseslərdən bəhs edən "Diktatorları uyku tutmaz" kitabına görə Azərbaycanın hakimiyyət dairələri İstanbul Universitetinin rəhbərliyinə etiraz edib. "O zaman onlara deyildi ki, Türkiyədə universitetlər müstəqildir və elm adamı ən xoşagəlməz fikri də deyə bilər", Demirkol xatırladıb.
İstanbul Universiteti konstitusiya huququ kafedrasının rəhbəri Hüseyn Özcan BBC Azərbaycancaya müsahibəsində deyib ki, Türkiyənin yaxın əlaqələri olan bir ölkənin prezidenti və ya naziri haqda "diktator" yazılması "doğru deyil". Bununla yanaşı, Özcan deyib ki, universitetin rəsmi yayını olmadığı üçün Dəmirkolun mühazirə qeydləri ilə şəxsən tanış deyil. Fərman Dəmirkolun vaxtilə Azərbaycanda çalışdığını xatırladan universitet rəsmisi, bu fikilərin tədris prosesinin tərkibi kimi deyil, onun şəxsi xatirəsi ola biləcəyini istisna etməyib.
Hüseyn Özcan deyib ki, "Konstitusiya hüququ. Ümumi əsaslar. Türk Konstitusiya qanunu" geniş oxucu kütləsinə hesablanmış kitab deyil, "müəllimin tələbələrinə anlatmaq istədiyi mühazirə qeydləridir".
"Amma bunun problem olduğunu düşünən şəxs müvafiq orqanlara rəsmi şikayət edə bilər. Müvafiq qurumlar da şikayəti araşdırıb lazımi qərarı verər - onun oxunması əngəllənə, kitab şəklində nəşr olunubsa satışdan göturülə bilər", universitetin kafedra müdürü şərh edib.

Arzuolunmaz şəxs

Fərman Dəmirkol 1990-95-ci illərdə Azərbaycanda fəaliyyət göstərib. Bakıda Məmməd Əmin Rəsulzadə adına dövlət universitetində konstitusiya huququndan dərs deyib. O, 1995-ci ilin mart hadisələrinin təşkilində günahlandırılaraq Azərbaycan hakimiyyəti tərəfindən "arzuolunmaz şəxs" kimi ölkədən çıxarılıb. Mətbuatda onun adı "Türkiyə Milli Kəşfiyyat Təşkilatının agenti və Azırbaycanda dövlət çevrilişinin təşkilatçılarından biri" kimi hallandırılıb. Azərbaycandan döndükdən sonra Dəmirkol İstanbul Universitetində konstitusiya huququ ixtisası üzrə professor kimi fəaliyyət göstərir. 2002-ci ildə "Diktatorlari uyku tutmaz" kitabını nəşr etdirib. Kitabda Azərbaycan hakimiyyəti sərt tənqid edilib və "diktator rejim" kimi qələmə verilib.
İlhamə Qasımlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11

  • 
  • Səddam Hüseynin yazdığı roman aşkarlanıb - FOTO

    Səddam Hüseynin yazdığı roman aşkarlanıb - FOTO ...

    8-04-2014, 10:41

  • 
  • BMT-nin yeni baş katibi türk ola bilər

    BMT-nin yeni baş katibi türk ola bilər ...

    15-01-2013, 11:40

  • 
  • Ölkə ərazisi 5 zonaya bölündü - Prezident İlham Əliyev fərman verdi (SİYAHI)

    Ölkə ərazisi 5 zonaya bölündü - Prezident İlham ...

    21-04-2016, 23:08

  • 
  • Heydər Əliyev Sabir Rüstəmxanlıya neçə yol açdı – “Məni çağırıb dedi ki..."

    Heydər Əliyev Sabir Rüstəmxanlıya neçə yol açdı – ...

    11-05-2014, 16:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu