Sivilizasiyamızda baş verən bütün hadisələrin izahını tapmaq qeyri-mümkündür. Tarixin ən yaddaqalan səhifələrindən biri də məhz "Titanik" gəmisi ilə bağlıdır.
Bu günə qədər bu əfsanəvi gəmi ətrafında söz-söhbətlər səngimək bilmir.
"Titanik. O dünyadan reportaj" adlı sənədli filmdə iddia olunur ki, "Titanik"in batması laynerin aysberqlə toqquşması ilə bağlı deyil. Qeyd olunur ki, bu faciədə Uçan Naməlum Obyektərin (UNO) rolu var.
Belə ki, xilas olmuş Anna Uayt xatırlayır ki, xilasetmə zamanı onunla birlikdə olan hər bir kəsin bir anlıq da olsa parlaq işıq gördüyünü və bunun xilasedici "Karpatiya" gəmisi olduğunu zənn edib. Hər kəs işığa doğru üzməyə başlayıb və işığın əslində "Karpatiya" olmadığını görüblər. Xilasedici gəmi isə yalnız iki saatdan sonra görünüb.
Məhz bu sirli işıqlar "Titanik" haqqında əlavə araşdırmaların başlanması üçün səbəb olub.
Lakin bu, yeganə qəribəlik deyil. Belə ki, amerikalı astronom Corc Harris 1912-ci ilin 14 aprelində, yəni "Titanik"in batması günü səmada yadplanetlilərin gəmisini xatırladan iri obyekt görüb. Onun diametri 100 km -dən çoxdur və obyekt Aydan Yerə uçurmuş.
Bu azmış kimi, Belfastdan olan Stenfild ailəsi gecə saatlarında dənizə enən iri işıqlı kürəni müşahidə ediblər. Məhz bu an "Titanik" dəhşətli anlarını yaşayırdı. Ancaq ən izaholunmaz hadisə 3-cü klassın sərnişini ingilis Vinni Koutsun başına gəlib. Əri və iki uşağı ilə gəmidə olan qadın həlak olub. Lakin onilliklər sonra, 1990-cı ildə islandiyalı balıqçılar onu tapıblar. Həmin an qışqıran və "Tİitanik" gəmisinin sərnişini olduğunu bəyan edən qadın görənləri şoka salıb. O, adını və gəminin təsvirini dəqiqliklə ifadə edə bilib.
Təbii ki, Vinni dərhal psixiatri xəstəxanaya yerləşdirilib. Ancaq jurnalistlərin sayəsində bütün dünya onu tanıyıb. Uzun araşdırmalardan sonra isə qadın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Dallasdakı bazasına göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?