Bu il məşhur “Titanik” filminin çəkilməsindən 20 il ötür.
Ekran işinin əsas qəhrəmanları Leonardo Di Kaprio və Keyt Uinslet 20 il sonra bir yerdə görüntüləniblər. Belə ki, həmkarlar “Sent Trope” sahillərində istirahət edərkən kameralara tuş gəliblər. Aktrisanın əynində portağal rəngli bikini və üstündən transparan uzun kofta olub. Aktyor isə şortik geyinib. Qeyd edək ki, “Titanik” 1997-ci ildə lentə alınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?