Fransız cütlüyün bir avroya aldıqları evin son halı hər kəsi təəccübləndirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən cütlüyün zibil dolu mağaranı sonradan sevgi dolu bir saraya çevirmə yolunu sizə təqdim edir:
Alexis Lamoureux və Lotte van Riel günümüzdə çox gəncin yaşadığı çətinliklərlə qarşı-qarşıya qalıb. Daimi iş yerləri olmayan gənclər ev kirayəsini də ödəməkdə çətinlik çəkiblər.
Fransanın Loire Vadisində cəmi bir avroya hərraca qoyulan mağara evi alan cütlüyün problemləri elə bundan sonra başlayıb. Belə ki, aldıqları mağara evin içi zibilxana olub.
Cütlük buranı yaşayış üçün yararlı hala salmaq qərarına gəlib. Müraciət etdikləri heç bir bank gənclərə daimi işləri olmadığı üçün kredit verməyib. Onlar da son çarə olaraq lazım olan 25 min avronu Alexisin atasının yanında işləyərək toplamaq qərarına gəliblər. 3 il burada işləyərək lazımi miqdarı toplayıblar.
Və nəticədə zibil dolu mağaradan xəyallarındakı evi yarada biliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?