İŞİD Türkiyədən cənubda yerləşən əraziləri ələ keçirib.
Terrorçular həmin əraziləri Suriya üsyançılarının əlindən alıblar. İŞİD-çilər 5 kəndi tutublar. Tutulan kəndlərdən ikisi Türkiyə və Suriyanı bir-birindən ayıran sərhəd xəttində yerləşir.
İŞİD terrorçuları 3 kəndi və Mari şəhəri ətrafındakı, sərhəddən 20 kilometr məsafədə yerləşən torpaqları ələ keçirdiklərini bəyan ediblər. İŞİD-çilər Vaşinqton və Ankaranın Suriyanın şimalında "təhlükəsiz zona"nın yaradılması barədə qərardan sonra torpaqları tutublar. Bu zonaya nəzarət Suriya müxalif qüvvələri tərəfindən həyata keçriləcək. Tükiyə və ABŞ Silahlı Qüvvələri isə İŞİD-in hücumlarına cavab verməyə kömək edəcək.
Siyasətçilərin fikirincə, İŞİD terrorçuları Türkiyə sərhədində nəzarəti tamamilə ələ keçirməyə çalışır. Bundan sonra İŞİD qruplaşmaya yeni qoşulanları Türkiyə sərhədindən keçirərək qaçaqmalçılıqla ləvazimatlar əldə edəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?