Rusiyanın Solneçnoqorsk şəhərində 15 yaşlı Alina adlı qız sinif yoldaşının 18 yaşlı qız dostunun qurbanına çevrilib.
Oğlanla parka görüşə gələn qız döyülərək qayıdıb. Onun saçları yandırılıb, böyrəkləri zədələnib, özü isə alçaldılıb. Sən demə, bu yolla ondan oğlanla açıq şəkildə intim mövzularda mesajlaşdığına görə qisas alıblar. Alinanı görüşə çağıran sinif yoldaşı Artyom özü birlikdə çağırılmamış qonaqları da dəvət edib. Onların arasında 18 yaşlı Nadya Kiselyova və 13 yaşlı Anastasiya olub. Atılmış binada toplaşan gənclər əvvəlcə söhbət ediblər. Sonradan isə Nadya məhz bu yazışmalara görə Alinanı qəddarcasına döyüb, soyunmağa məcbur edib, saçlarını yandırıb. 13 yaşlı Nastya isə hər şeyi kamera ilə çəkib və sonradan video internetə yerləşdirilib.
Bütün bunları görən Artyom məsələyə qarışmamağı seçib. Hazırda hər üç şəxs saxlanılıb. Məsələ ilə bağlı cinayət içi açılıb. Alina isə xəstəxanada ağır vəziyyətdədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?