PKK terror təşkilatı Türkiyədə növbəti terror aktını törədib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.00 radələrində Bitlis vilayətinin Tatvan rayonunda, Van gölü sahilində yerləşən Tatvan hərbi şəhərciyinin yaxınlığındakı yoldan hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.
Nəticədə 20 əsgər yaralanıb. Hərbçilər xəstəxanalara yerləşdiriliblər, həyatları üçün təhlükə yoxdur. Partlayışı törədən PKK terrorçularının yaxalanması üçün əməliyyat başladılıb.
Hakkari Valiliyi isə dünən axşam saatlarında baş verən atışma nəticəsində 1 terrorçunun öldürüldüyü, hadisə yerindən 2 qumbaraatan, 1 tapança və çoxlu sayda güllə aşkarlandığı barədə məlumat yayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?