Putin Suriyada silahları ilə səs-küy salmaq qərarına gəlib. O, “İslam dövləti” ilə mübarizədə tərəfdaş ola bilməz. Amerika senatoru Con Makkeyn Amerika konqresində çıxış edərkən Suriyada aviazərbələrə belə reaksiya verib, Oxu.Az Ukrinform-a istinadən bildirib. “Homsa yaxınlığında aviazərbənin vurulduğu yer “İslam Dövləti”nin nəzarəti altında deyil və beləliklə də, Suriyada öz mövqeyini quran, Yaxın Şərqdə möhkəmlənən və Bəşər Əsədi dəstəkləyən Vladimir Putinin əsl niyyətləri bəlli oldu” qanunverici bəyan edib. O, Putinin dəstəklədiyi diktator Əsədin dəhşətli bombardmanlar zamanı 250 minə yaxın vətəndaşını öldürdüyünü xatırladıb. “Rusiya və İranın Suriya münaqişəsinin həllində maraqlı olmalarına inanmaq üçün özünü aldatmaq lazımdır – onlar sadəcə Əsədin qatil rejimini hakimiyyətdə saxlamağa çalışırlar”, – nüfuzlu Amerika senatoru bildirib. “Bu, pis gündür. Prezident Obama dünya reallıqlarını dərk etməli və Amerika liderliyini bərpa etməlidir” – Makkeyn qeyd edib. Eyni zamanda, senator qeyd edib ki, ştatların “İraqa və ya Suriyaya minlərlə quru qoşunu göndərməli” olduğu anlamına gəlmir. Bu öz növbəsində Vaşinqtonun öz siyasətini inkişaf etdirməli olduğu deməkdir. “Biz nə etməliyik, Vladimir Putinə: sizin təyyarələr uçursa bizim də təyyarələr uçacaq, və onlar bizim istədiyimiz məkanda, istədiyimiz zaman uçacaq, siz uzaq dursanız yaxşıdır, deməliyik”, – Makkeyn qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?