Braziliyada yaşayan Aperesidu Kastaldunun arvadı Ofeliya 5 il əvvəl vəfat edəndə o, özünü dünyanın ən tənha adamı adlandırmışdı.
Lakin 74 yaşlı Aperesidunu tənhalığı çox çəkməmişdi.
Sabiq bənna ötən ilin oktyabrın 13-də "Karmelita" adlı dişi keçisi ilə evlənmişdi və nikahı da Braziliyanın ən məşhur satanisti, İblisə sitayiş edən Antonio Firminu "rəsmiləşdirmişdi".
Toydan 6 ay sonra Karmelita ölüb və Aperesidu yenə dul qalıb.
Milli.Az Yahoo! Brasil Notícias-a istinadən bildirir ki, qoca Kastaldu bu dəfə də evlənmək fikrindədir. Onun "sevgilisi" Nuna adlı dişi keçidir. "Nuna məni tam təmin edir. O, boşboğazlıq və naqqallıq etmir, pulumu ticarət mərkəzlərində və dükanlarda sovurmur, zəhləmi tökmür, üstəlik hamilə də qala bilməz. Qohumların, qonşuların seçimimə münasibəti məni əsla maraqlandırmır", - Aperesidu Kastaldu deyib. Kastaldu belə "seçim"ində tək deyil. Avstraliyalı Cozef Quizo iti, alman Uve Mitsşerlix isə xəstə pişiyi ilə evləniblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?