Ankarada 99 nəfərin həyatına son qoyan terror aktı haqda bəzi şəxslərin 1 həftə əvvəlcədən məlumatı olub.
Bu barədə PKK terror təşkilatının liderlərindən olan Mustafa Karasunun qələmə aldığı yazıda bildirilir.
Mustafa Karasunun Avropada yayımlanan Yeni Azad Siyasət qəzetində "Hüseyn Əli" ləqəbi ilə yazdığı yazıda bundan başqa bu partlayışın bəzi kürd siyasətçilərə də xəbər verildiyi deyilir.
Yazıda iddia olunanları nəzərə alsaq Ankarada partlayacaq olan bomba haqda 1 həftə əvvəlcədən məlumatı olan sözügedən kürd siyasətçilər bu məlumatı hökumət ilə paylaşmamış və minlərlə insanın meydana getməsinə göz yummuşdur.
Xatırladaq ki, keçən həftə Ankarada baş vermiş dəhşətli partlayış nəticəsində 99 nəfər həlak olmuş, iki yüzdən çox adam isə yaralanmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?