İstanbulda törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatının faktiki bir qolu olan “Kürdüstan Azadlıq Qırğıları” qrupu öz üzərinə götürüb.
“Reuters” agentliyinin məlumatına görə, bu barədə “Kürdüstan Azadlıq Qırğıları”nın saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.
“Kürdüstan Azadlıq Qırğıları” PKK terror təşkilatı tərəfindən formalaşdırılıb. PKK-nın xüsusən böyük şəhərlərdə törətdiyi və beynəlxalq ictimaiyyətin sərt reaksiyalarına səbəb olan terror aktlarına görə məsuliyyət adətən, bu qrup “öz üzərinə götürür”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?